VAKANSİYALAR

İnsan Resursları üzrə mütəxəssis

Təhsil: Ali
İş qrafiki: həftə içi 5 gün 09:00-18:00

Vəzifə öhtəlikləri:

  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçalarını əmrlər əsasında doldurur;
  • Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir; 
  • Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasını təmin edir;
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir;
  • Kadrlar üzrə hesabatları tərtib edir;
  • Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsini və müsahibələrin keçirilməsini həyata keçirir;
  • Kadrların seçilməsi, işə yerləşdirilməsi, qiymətləndirilməsi, mükafatlandırılması və inkişafı ilə bağlı müvafiq işləri həyata keçirir;
  • Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir;
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət edir.

Tələb olunan  xüsusiyyətlər

  • İnsan resursları sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan, Rus dilni bilməsi arzu olunandır.