VAKANSİYALAR

İngilis bölməsində ibtidai sinif müəllimi

Tələblər:

  • İbtidai sinif müəllimliyi və ya əlaqəli ixtisas üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (C1)

Əsas vəzifələr:

  • Şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq
  • Şagirdlərin dərslərinə və davamiyyətlərinə nəzarət etmək
  • Beynəlxalq Kembric və Milli kurikulum üzrə daim yenilikləri izləməsi və şagirdləri bu sahədə istiqamətləndirməsi
  • Şagirdlərin ibtidai pillə üzrə nailiyyətlərinin artırılması prosesinə nəzarət
  • Proqram üzrə ingilis dili və digər sosial və humanitar fənlərin həftəlik tədrisi
  • Dərs proqramını hazırlamaq və sinfi üzrə tədris planının qurulmasında iştirak etmək
  • Şagirdlərlə sosial fəaliyyətlər təşkil etmək
  • Valideynlərlə məktəbdə görüşlər təşkil etmək

 

Namizəddə axtarılan xüsusiyyətlər:

  • İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
  • IELTS 7.5 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
  • 6-10 yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Milli və Beynəlxalq tədris proqramları (Cambridge International, PYP) üzrə məlumatlılıq
  • Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi

 

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • 500+ Universitet qəbul balı
  • Bakalavr İxtisası üzrə yüksək qiymətlər
  • Yüksək ingilis dili bacarığı
  • Sahə üzrə geniş təcrübəsi
  • Xaricdə təhsil təcrübəsi