VAKANSİYALAR

Tərbiyəçi müəllim (ingilis bölməsi)

Tələblər:

  • Erkən yaşda Uşaq Təhsili və ya İbtidai Təhsil üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (minimum B2)

Əsas vəzifələr:

  • Şagirdləri koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmalı, rəhbərlik etməli, istiqamətləndirməli və motivləşdirməli, onların dil, savadlılıq və riyazi bacarıqlarını inkişaf etdirməli, həmçinin “Kipinä” kurikulumunda qeyd edilən xüsusi təlim məqsədlərinə nail olmalarına kömək etməli
  • Dərs planlarını qurmalı, kurikulum məqsədlərinə uyğun olaraq hər bir qrup üçün məşğələlər təşkil etməli
  • Şagirdlərin valideynləri (və ya qəyyumları) və bağça arasında vasitəçi kimi çıxış etməli
  • Şagirdlərin qabiliyyətlərini inkişaf etdirməli və çətinliklərinə nəzarət etməli, lazım olduqda, erkən müdaxilələr etməli
  • Bağçanın qapalı və açıq əraziləri daxil olmaqla, bütün məşğələlər zamanı, uşaqların sağlamlığına və təhlükəsizliyinə nəzarət etməli
  • Müəllim köməkçilərlə birlikdə işləməli və onlara nəzarət etməli

 

 

Namizəddə axtarılan xüsusiyyətlər:

  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Kiçik yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Güclü təşkilatçılıq, idarəçilik və “vaxt idarəçiliyi” bacarığı

 

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • Yüksək ingilis dili bacarığı
  • Ünsiyyət bacarıqları
  • İKT bacarıqları