VAKANSİYALAR

Tərbiyəçi müəllim assistenti (ingilis bölməsi)

Tələblər:

  • Erkən yaşda Uşaq Təhsili və ya İbtidai Təhsil üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (minimum B2)

Əsas vəzifələr:

  • Şagirdlərin koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafının planlaşdırılmasında, istiqamətləndirilməsində və motivləşdirilməsində tərbiyəçi müəllimə köməklik göstərməli, onların dil, savadlılıq və riyazi bacarıqlarını inkişaf etdirilməsində birgə fəaliyyət göstərməli
  • Şagirdlərin qabiliyyətlərini inkişaf etdirməli və çətinliklərinə nəzarət etməli
  • Bağçanın qapalı və açıq əraziləri daxil olmaqla, bütün məşğələlər zamanı, uşaqların sağlamlığına və təhlükəsizliyinə nəzarət etməli
  • Tərbiyəçi - müəllimə dəstək olmalı və onlara birgə işləməli
  • Uşaqların qayğısına qalmalı

Namizəddə axtarılan xüsusiyyətlər:

  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Kiçik yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Güclü təşkilatçılıq və “vaxt idarəçiliyi” bacarığı

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • Yüksək ingilis dili bacarığı
  • Ünsiyyət bacarıqları
  • İKT bacarıqları