VAKANSİYALAR

rus bölməsi üzrə müəllim-assistenti

Vəzifələri:

  • “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzinin Orta məktəbində, ibtidai siniflərdə fənn tədrisini həyata keçirilməsində müəllimlərə kömək edilməsi ;
  • Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
  • Təhkim olunduğu sinifdə pedaqoji və metodiki işləri aparılmasında müəllimə kömək etmək;
  • İbtidai təhsil dövrdə aparıcı fəaliyyətlərin təşkili: manipulyasiya və oyunlarla uşaqların inkişafını təmin etmək;
  •  Psixoloji cəhətdən rahat və təhlükəsiz təhsil mühitinin yaradılmasında, uşaqların təhlükəsizliyinin təmin edilməsində, sağlamlığının qorunması və möhkəmləndirilməsində, təhsil aldığı  müddətdə uşağın emosional rifahının dəstəklənməsində iştirak etmək;
  •  Məktəb  yaşlı uşaqların fiziki, bilikverici  və fərdi inkişafını təmin etmək üçün  nəzəriyyə və pedaqoji metodlara malik olmaq;
  • Məktəb yaşlı uşağın  şəxsiyyətinin müşahidələr əsasında öyrənmək, çətinliklərini müəyyənləşdirmək və ona kömək etmək;
  • Təhsil prosesində iştirak edən təhsil müəssisəsinin digər işçiləri ilə (musiqi müəllimi, psixoloq, loqoped, tibb işçisi) və valideynlər əlaqə saxlamaq;

 

Bilməlidir:

  • Tədris planları və proqramlarını, tədrisdə metodiki sənədlərlə işi;
  • Fənn tədrisinin və tərbiyənin metodikasını, zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini
  • Tədrisdə pedaqoji işin təşkili və aparılması qaydalarını və bu sahədə respublika və beynəlxalq iş təcrübəsini;
  • Məktəbdə tərbiyənin nəzəriyyəsi və metodikasını və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını;
  • Pedaqogikanı, pedaqoji psixologiyanı, uşaqların gigiyena və fiziologiyasını;
  • Təlim-tərbiyə və uşaqların inkişafının metodikasını;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə qaydalarını;

 

Тələblər:

  • Ali pedaqoji təhsil (ibtidai siniflər);
  • İxtisası üzrə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Kompyuterdən və texniki avadanlıqlardan istifadə;
  • Savadlı  nitq;
  • Komandada işləmək bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Psixoloji sabitlik;
  • Tez qərar qəbul etmək bacarığı

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət və mənəvi sabitlik;
  • Münasibət qurma bacarığı;
  • Uşaqlara sevgi ;
  • Empatiya (mərhəmətlilik);
  • Dürüstlük;
  • Xeyirxahlıq