VAKANSİYALAR

Təcrübə proqramı

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinə müvafiq ixtisaslar üzrə ödənişsiz təcrübə proqramı elan edilir. Bu yeni məzun olmuş şəxslər və ya son kursda təhsil alan universitet tələbələri üçün pedaqoji təcrübə fürsətidir.

1.Yuxarı siniflər üzrə bölməyə aşağıdakı ixtisaslar üzrə təcrübəçilər tələb edilir:

  • Fizika (azərbaycan və rus bölməsi)
  • Coğrafiya (rus bölməsi)
  • Rus dili (rus bölməsi)
  • Riyaziyyat (rus bölməsi)

2. İbtidai siniflər üzrə bölməyə aşağıdakı ixtisaslar üzrə təcrübəçilər tələb edilir:

  • İbtidai sinif müəllimi (rus bölməsi)
  • Köməkçi müəllim (rus bölməsi)

3.Kembric proqramları üzrə bölməyə aşağıdakı ixtisaslar üzrə təcrübəçilər tələb edilir:

  • Biologiya
  • Kimya
  • Fizika
  • Tarix
  • Coğrafiya
  • Riyaziyyat
  • İngilis dili
  • Alman dili
  • İbtidai sinif müəllimi
  • Kompüter/ İnformatika
  • Təsviri incəsənət

Tələblərimiz:

  • İxtisası üzrə ali təhsil alan son kurs tələbəsi və ya yenicə məzun olmuş şəxslər olmalı.
  • Öyrənməyə və inkişafa meyilli olmalı.
  • Azərbaycan dilində səlis danışıq bacarığı olmalı. (Xarici dil müvafiq bölmə üzrə mütləqdir.)
  • Kompüter biliyi olmalı. (Word, Excel, Power Point)
  • Yaradıcı və kreativ,yeni fikirlərə açıq olmalı.
  • Komandada işləmək bacarığı, dəqiq və məsuliyyətli olmalı.