"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-yə Mühasib
Tələblər:
- Maliyyə və mühasibatlıq ixtisası üzrə Bakalavr dərəcəsi
- İngilis dili (orta) və rus dili (əla) bacarığı
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi
- IT bilikləri: 1C enterprise, MS Office
Əsas vəzifələr:
- Gündəlik maliyyə və mühasibatlıq əməliyyatlarını yerinə yetirmək;
- Aylıq maliyyə hesabatları, ödənişləri, nəğdləşdirmə hesabatlarının idarə edilməsini həyata keçirmək;
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablaşmaların aparılması;
- Mal-material uçotu;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması;
- Təhtəlhesab şəxslər üzrə avans hesabatlarının hazırlanması və həmin hesablara nəzarət.
Namizəddə axtarılan xüsusiyyətlər:
- 1C proqramının 8.3 və ya 7.7 versiyasında işləmə təcrübəsi
- Mühasibatlıq uçotu və Vergi Məcəlləsini bilmək
- Əmək qanunvericiliyi və Əmək təhlükəsizliyi haqqında biliklər
- Yüksək ünsiyyət və sərbəst işləmə bacarığı
Namizədi seçimlərdə fərqləndirən üstünlük:
- ACCA F3 sertifikatı
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 - 18:00