İbtidai sinif üzrə köməkçi müəllim (ingilis bölməsi)
Tələblər:
- İbtidai sinif müəllimliyi ixtisas üzrə Bakalavr dərəcəsi
- İngilis dili bacarığı (C1)
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)
Öhdəliklər:
Beynəlxalq Kembric kurikulumu üzrə şagirdlərin təlim-tədris və tərbiyəsi ilə məşğul olmaq
Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
Sinif rəhbərinə dərs və dərsdən kənar fəaliyyətlərdə sinfin idarə olunmasında yaxından kömək etmək
Şagirdlərin sosial, emosional, fərdi və intellektual inkişafına təkan vermək
Sinif rəhbərini və ya fənn müəllimini ehtiyac yaranarsa əvəz etmək
Məktəbin təlim-tədris və tərbiyə işinin təşkilində və sosial fəaliyyətlərinə öz töhfələrini vermək
Namizəddə axtarılan xüsusiyyətlər:
İxtisas üzrə ən azı 1 il iş təcrübəsi
Pozitiv və effektli ünisyyət bacarıqları
IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
Beynəlxalq Kembric Kurikulumu (Cambridge International Primary Curriculum) və Milli Kurikulum üzrə məlumatlılıq
İbtidai pillə üzrə müasir pedaqogika və metodologiyaları izləmək
Özünü daim inkişaf etdirmə və öyrənmə həvəsi
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
• 500+ Universitet qəbul balı
• Bakalavr ixtisası üzrə yüksək qiymətlər
• Yüksək ingilis dili bacarığı
• Sahə üzrə təcrübəsi