Kompüter elmləri (Computer Science) və İKT (ICT) müəllimi
Tələblər:
- İKT/ Kompüter ixtisası üzrə Bakalavr dərəcəsi
- Pedaqoji sahədə təcrübə
- İngilis dili bacarığı
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)
Əsas vəzifələr:
- Kompüter elmləri və İKT fənninin həftəlik tədrisi (20-22 saat)
- Beynəlxalq Kembric Proqramı (IGCSE - A-level) üzrə dərsləri təşkil etmək
- IGCSE, A-level üzrə dərs proqramını hazırlamaq
- Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
- Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
- Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
Namizəddə axtarılan xüsusiyyətlər:
- İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
- İngilis dili bilik və bacarıqlarının göstəricisi olan sənəd (minimum B2)
- Kompütür elmləri üzrə müasir proqram dillərini öyrədə bilmə bacarığı
- 14-17 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Milli və Beynəlxalq tədris proqramları (Cambridge International, IB) üzrə məlumatlılıq
- Pozitiv və effektli ünisyyət bacarıqları
- Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
- 500+ Universitet qəbul balı
- Bakalavr İxtisası üzrə yüksək qiymətlər
- Müxtəlif Kompüter kursları üzrə geniş təcrübəsi
- İKT/Kompüter fənninin tədrisi üzrə geniş təcrübəsi
- Xaricdə təhsil təcrübəsi