VAKANSİYALAR

Kimya müəllimi

Tələblər:

  • Kimya müəllimliyi və ya əlaqəli ixtisas üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (B2)

Əsas vəzifələr:

  • Kimya fənninin həftəlik tədrisi (20-24 saat)
  • Beynəlxalq Kembric Proqramı (IGCSE) üzrə dərsləri təşkil etmək
  • 9-cu və 11-ci siniflər üzrə Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
  • Dərs proqramını hazırlamaq
  • Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq və bölmə rəhbərinə təqdim etmək
  • Layihə işlərinə şagirdləri cəlb etmək

 

Namizəddə axtarılan xüsusiyyətlər:

  • İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
  • İngilis dili bilik və bacarığını göstərən sənəd (minimum B2)
  • 9-17 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Milli və Beynəlxalq tədris proqramları (Milli Kurikulum, Cambridge International) üzrə məlumatlılıq
  • Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi

 

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • 500+ Universitet qəbul balı
  • Bakalavr İxtisası üzrə yüksək qiymətlər
  • Yüksək ingilis dili bacarığı
  • Kimya fənninin tədrisi metodologiyası üzrə geniş təcrübəsi
  • Xaricdə təhsil təcrübəsi
  • Yeniyetmə şagirdlərlə layihə işləri təcrübəsi