VAKANSİYALAR

Ölçmə və qiymətləndirmə mütəxəssisi

Ölçmə və qiymətləndirmə mütəxəssisi şagird nailiyyətlərinin ölçülməsi, onların təhlili, qiymətləndirmə fəaliyyətlərinin planlaşdırılması, koordinasiyası və monitorinqini həyata keçirir.

Tələblər:

  • Təhsil, Təhsilin idarəolunması, təhsildə ölçmə və qiymətləndirmə, riyaziyyat, statistika və ya əlaqədar sahə üzrə ali təhsil
  • MS Office (Xüsusilə MS Excel), SPSS və ya oxşar, məlumatların toplanması və statistik təhlili üçün istifadə olunan proqramlarından istifadə bacarığı.
  • Yazılı və şifahi dil bilikləri (Azərbaycan, ingilis, rus)

Əsas vəzifələr:

  • Mərkəz üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətlərinin səmərəliyini nəzərdən keçirir və qabaqcıl beynəlxalq praktikalar əsasında onun təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
  • Mərkəz üzrə şagird naliyətlərinin qiymətləndirilməsi üçün nəzərdə tutulan “Qiymətləndirmə Siyasəti” sənədinin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir.
  • Təlim nəticələrinin hansı dərəcədə mənimsənildiyini müəyyənləşdirmək üçün müxtəlif üsuallardan istifadə etməklə onların obyektiv qiymətləndirilməsi işini planlaşdırır və icrasına nəzarət edir.
  • Qiymətləndirmə nəticələrinə əsasən müvafiq statistik təhlillər aparır, müvafiq hesabatlar və tövsiyyələr hazırlayır.
  • Mərkəzdə tətbiq olunan bütün yazılı qiymətləndirmə imtahanlarının müvafiq statistik üsullarla validliyini, etibarlılığını, uyğunluğunu təhlil edir müvafiq düzəlişlər edir.
  • Proqramların inkişaf etdirilməsi və/və ya qiymətləndirmə üsullarının təkmilləşdirilməsi ilə əlaqədar bölmə rəhbərlərinin/metodislərin və müəllimlərin iştirakı ilə təlimlər/seminarlar təşkil edir.
  • Bütün üsullar üzrə aparılan şagird nailiyyətlərinin qiymətləndirmə nəticələrini təhlil edərək şagirdlərin dərs ili daxilində və illər üzrə inkişaf dinamikasını nəzarətdə saxlayır.
  • Milli və beynəlxalq qiymətləndirmələr üzrə Mərkəzin şagirdlərinin əldə etdiyi nəticələri təhlil edir, təkmilləşdirmə sahələrini müəyyən edir.
  • Şagird nailiyyətlərinin valideynlərlə səmərəli kommunikasiyası barədə müvafiq tövsiyyələr verir və prosesə ümumi nəzarəti həyata keçirir.
  • Yeni qəbul olan şagirdlər üzrə tətbiq olunan imtahan suallarının hazırlanmasını və müvafiq qaydada onun etibarlılığını və uyğunluğunu müəyyən edir.

Namizəddə axtarılan xüsusiyyətlər:

  • Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi
  • Təhsil sahəsində kəmiyyət (quantitative) və keyfiyyət (qualitative) məlumatların toplanması, təhlili və idarəolunması ilə bağlı təcrübə
  • Statistik təhlildə istifadə olunan müvafiq proqram təminatları barədə biliklər
  • Problem həll etmə bacarığı və analitik təfəkkür
  • Əməkdaşlıq və komanda işləmək bacarığı
  • Yeniliyə və peşəkar inkişafa açıq
  • Hesabat hazırlama, rəqəm vizuallaşdırma bacarıqları da daxil olmaqla güclü yazılı və şifahi kommunikasiya bacarığı