VAKANSİYALAR

Rus bölməsi üzrə tərbiyəçi assistenti

Tələblər:

  • Ali pedaqoji təhsil
  • Yüksək səviyyədə rus dili bacarığı
  • İKT bacarıqları (Microsoft Word Document, Microsoft PowerPoint Presentation, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)

Əsas vəzifələr:

  • Tərbiyəçinin nəzarətiylə məşğələləri planlaşdırmaq
  • Məşğələlər üçün materialları və ləvazimatları hazırlamaq
  • Uşaqların fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
  • Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərinə töhfə vermək
  • Məktəbəqədər uşaqların əsas fəaliyyətlərinə nəzarət etmək
  •  Məktəbəqədər uşaqların psixoloji xüsusiyyətlərinə uyğun  onlara yanaşmaq

 

Namizəddə axtarılan xüsusiyyətlər:

  • Rus dili bacarığı
  • Azyaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
  • Pedaqoji kollektivlə işləmə bacarığı
  • Pozitiv və effektli ünisyyət bacarıqları
  • Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı

Uşaq bağçası müəllimi üçün lazım olan fərdi keyfiyyətlər:

Məsuliyyətlik

Mənəvi və psixolojı sabitlik

Dürüstlük

Effektiv ünsiyyət

Stresə davamlılıq

Komandada işləmə

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • Kreativlik
  • İş təcrübəsi