VAKANSİYALAR

İnformatika müəllimi (Rus və Azərbaycan bölməsi)

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbində  İnformatika müəllimi(Rus və Azərbaycan bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur.

İş rejimi: 08:30-16:30 (həftədə 36 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İnformatika və riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  • Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • Effektiv təlim strategiyaları;
  • Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Koçluq, yetişdirmə və inkişaf etdirmə;
  • Məntiqi təffəkkür;
  • Planlaşdırma və təşkil etmə.

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Zamanın səmərəli idarəolunması;
  • Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
  • Effektiv dərs planlaşdırma;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və şagirdləri ilə refleksiya apara bilmə.

Əsas vəzifə öhdəlikləri:

İnformatika müəllimi kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya*, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər işlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaq.

İş təcrübəsi:

İxtisas üzrə ən azı 2 il iş təcrübəsi.

 

*“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” olaraq əsas missiyamız xoşbəxt və uğurlu şəxsiyyətlər yetişdirməkdir. Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.