VAKANSİYALAR

Müştəri xidmətləri təmsilçisi

Vəzifə öhdəlikləri: 
  • Mütəmadi olaraq pozitiv əhval ruhiyyədə və peşəkar tərzdə müştərilərlə ünsiyyət qurulması
  • Müxtəlif kommunikasiya kanallarından (telefon, sms, sosail media, üz-üzə və s.) müraciət edən potensial müştərilərin suallarının operativ şəkildə cavablandırılması və xidmətlər haqqında ətraflı məlumatların çatdırılması
  • Potensial müştərilərlə bağlı məlumatların toplanması müvafiq məlumat bazalarına daxil edilməsi (müştəri hesablarının açılması)
  • Bütün kanallar üzrə potensial müştərilərlə qurulan ünsiyyətin qeydiyyatının aparılması və müvafiq hesabatların hazırlanması
  • Müraciətçilərlə açıq və interaktiv ünsiyyət yolu ilə etibarlı və dayanıqlı əlaqələrin qurulması
  • Müxtəlif üsullardan istifadə etməklə satış lid-lərinin yaradılması
  • Şikayətlərin qəbul edilməsi, cavablandırılması, həlli ilə bağlı müvafiq şəxslərə yönləndirilməsi və onların həllinin təqib edilərək müvafiq məlumatlandırmanın aparılması
  • Mərkəzin xidmətləri barədə hətrəfli məlumata yiyələnərək suallara operativ cavabların verilməsi
  • Müvafiq əməkdaşlarla koordinasiya halında və komdanda şəklində fəaliyyət göstərilməsi
  • Müştərilərin qeydiyyatı ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi, müraciət ərizələrinin qəbul edilməsi, formaların doldurulnması və müqavilələrin imzaya hazır hala gətirilməsi
  • Mövcud müştərilərin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi prosesində iştirak edilməsi

 

Tələblər:
  • Ali təhsil (Biznes yönümlü olması üstünlükdür)
  • Müştərilərlə iş sahəsində bir ildən başlayan iş təcrübəsi üstünlükdür 
  • MS Office istifadəçisi
  • Səlis Azərbaycan və rus dili biliyi – yazılı və şifahi səviyyədə, orta səviyyədə ingilis dili biliyi
  • Komandada işləmə bacarığı
  • Dinləmə, ünsiyyət qurma və əks əlaqə vermə bacarığı 
  • Analitik bacarıqlar, planlama və çevik olma bacarığı
  • Tez öyrənmə, stressə dözümlülük və çox tapşırıqlılıq rejimində işləmə bacarığı
  • Problemlərin effektiv həlli bacarıqları
  • Davamlı öyrənmə və özünü inkişaf etdirmə istəyi