Marketinq üzrə tələbə və məzunlar üçün 6 aylıq ödənişli "Təcrübə Proqramı"
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC “Təcrübə proqramı” elan edir.
İş rejimi: Həftəlik 20 saat
Proqramın mahiyyəti:
“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC təhsilyönümlü fəaliyyətinə uyğun olaraq, tələbə və məzunlar üçün Təcrübə proqramı həyata keçirir. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbə və ya məzun Mərkəzimizdə Qəbul, Marketinq və Kommunikasiya bölməsi üzrə təcrübə keçəcək. Təcrübə proqramını uğurla keçən Təcrüəbçi işlə təmin edilə bilər.
Proqram haqqında:
Proqram 6 ay davam edəcək. Proqram müddəti ərzində təcrübəçi Mərkəz və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcəklər.
Proqramın məqsədi:
Proqramın başlıca məqsədi son kursda təhsil alan universitet tələbələri, təhsilini yeni bitirmiş, lakin iş təcrübəsi olmayan, öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
Namizədə olan tələblər:
Tələb olunan təhsil səviyyəsi:
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə bakalavr dərəcəsi;
- Magistratura dərəcəsi üstünlük hesab edilir.
Tələb olunan biliklər:
- İKT və yüksək səviyyədə MS Office;
- Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (B1) yazılı və şifahi dil bilikləri.
Tələb olunan səriştəliklər:
- Ünsiyyət;
- Özünü motivə etmə və öyrənmə;
- Əməkdaşlıq;
- Səbirlilik;
- Daxili və xarici müştəri yönümlülük;
- Təqdimat üsulları;
- Ədalətlilik və məsuliyyətlilik;
- Məntiqi təffəkkür.
Tələb olunan bacarıqlar:
- Əməkdaşlar ilə səmərəli ünsiyyət qurma;
- Effektiv iş planlaşdırma;
- Kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmaq;
- Oxu və riyazi savadlılıq.