VAKANSİYALAR

İngilis bölməsində ibtidai sinif müəllimi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis bölməsinə İbtidai sinif müəllimi vəzifəsi üzrə vakansiya mövcuddur.

Tələblər:

  • İbtidai sinif müəllimliyi və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi;
  • İngilis dili bacarığı (C1).

Əsas vəzifələr:

  • Şagirdlərin təlim-tərbiyə işi ilə məşğul olmaq;
  • Şagirdlərin dərslərinə və davamiyyətlərinə nəzarət etmək;
  • Beynəlxalq Kembric və Milli kurikulum üzrə daim yenilikləri izləməsi və şagirdləri bu sahədə istiqamətləndirmək;
  • Şagirdlərin ibtidai pillə üzrə nailiyyətlərinin artırılması prosesinə nəzarət etmək;
  • Proqram üzrə ingilis dili və digər sosial-humanitar fənlərin həftəlik tədrisini etmək;
  • Dərs proqramını hazırlamaq və sinif üzrə tədris planının qurulmasında iştirak etmək;
  • Şagirdlərlə sosial fəaliyyətlər təşkil etmək;
  • Valideynlərlə məktəbdə görüşlər təşkil etmək.

Namizəddə axtarılan xüsusiyyətlər:

  • İxtisas üzrə ən azı 2 il iş təcrübəsi;
  • IELTS 7.5 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı);
  • 6-10 yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı;
  • Pedaqoji kollektivlə işləmə bacarığı;
  • Milli və Beynəlxalq tədris proqramları (Cambridge International, PYP) üzrə məlumatlılığı;
  • Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhvə verməsi.

Namizədi secimlərdə fərqləndirən üstünlüklər:

  • 500+ Universitet qəbul balı;
  • Bakalavr ixtisası üzrə yüksək qiymətləri;
  • Yüksək ingilis dili bacarığı;
  • Sahə üzrə geniş təcrübəsi;
  • Xaricdə təhsil təcrübəsi.