İncəsənət və rəsm müəllimi
Tələblər:
- Rəsm və ya əlaqədar incəsənət ixtisası üzrə Bakalavr dərəcəsi
- İngilis dili bacarığı (B2)
- İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
Əsas vəzifələr:
- İbtiadi və orta təhsil pilləsi üzrə şagirdlərin rəsm və incəsənət üzrə bilik və bacarıqlarını inkişaf etdirmək
- Şagirdlərdə estetik və yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək
- Beynəlxalq Kembric kurikulumu üzrə incəsənət və rəsm üzrə dərs proqramı və dərs planı hazırlamaq
- Hər bir şagirdin rəsm və incəsənət üzrə bilik və bacarıqlarını qiymətləndirmək
- Tədris proqramı üzrə həftəlik dərsləri təşkil etmək
- Şagirdlərlə incəsənət və rəsm ilə bağlı fəaliyyətlər təşkil etmək
- Şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məktəb rəhbərliyi və valideynlərlə görüşlərdə iştirak etmək
- Müasir incəsənət və rəsm sahəsində daim yenilikləri izləmək və şagirdlərlə bu sahədə fəaliyyətlər (sərgilər və s.) təşkil etmək
- Məktəbin təlim-tədris və incəsənət fəaliyyətlərinə töhvə vermək
Namizəddə axtarılan xüsusiyyətlər:
- IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
- 7-16 yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Milli və Beynəlxalq tədris proqramları (Milli Kurikulum, Cambridge International, IB) üzrə məlumatlılıq
- Boya, çap işi, vizual media, fotoşəkil, 3D, qrafik kommunikasiya, parça dizaynı, səhnə dizaynı, skulptura, səhnə kimi sahələrdə məlumatlılıq və araşdırma həvəsi
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
- 400+ Universitet qəbul balı
- Bakalavr ixtisası üzrə yüksək qiymətlər
- Yüksək ingilis dili bacarığı
- Sahə üzrə geniş təcrübə
- Müəllimlik təcrübəsi
Son müraciət tarixi: 20 avqust 2019