VAKANSİYALAR

Məktəbəqədər təhsil üzrə köməkçi müəllim (Rus bölməsi)

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-nin nəzdində fəaliyyət göstərən Məktəbəqədər Təhsil bölməsində (KİPİNA) Məktəbəqədər təhsil üzrə köməkçi müəllim (Rus bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur.

İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  •  “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • Effektiv təlim strategiyaları;
  • Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Məntiqi təffəkkür;

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Zamanın səmərəli idarəolunması;
  • Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və uşaqlar ilə refleksiya apara bilmə.

Əsas vəzifə öhdəlikləri:

Məktəbəqədər təhsil üzrə köməkçi müəllim (Rus bölməsi) kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası Tərbiyəçi müəllimin birbaşa rəhbərliyi və bələdçiliyi ilə uşaqların “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin və eləcə də KİPİNA (Kipina Worldwide Licensing Limited) şirkətinin missiya*, əsas dəyərlərinə uyğun olaraq formalaşmasını təmin etmək  məqsədi ilə həyata keçirilən bütün fəaliyyətlərdə onlara dəstək olmaq, uşaqları öyrənmə fəaliyyətlərinə cəlb etmək, müxtəlif resurslardan istifadə edərək hazırlıq işlərinə kömək etmək, sinifdaxili və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarəti həyata keçirmək, şagirdlərlə bağlı gündəlik qeydlərin aparılmasında fəal iştirak etmək, digər komanda üzvləri ilə koordinasiya halında fəaliyyət göstəmək.

İş təcrübəsi:

İxtisas üzrə iş təcrübəsi tələb edilmir.

 

*“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” olaraq əsas missiyamız xoşbəxt və uğurlu şəxsiyyətlər yetişdirməkdir. Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.