VACANCIES

Köməkçi müəllim

“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Ümumtəhsil məktəbinin Milli kurikulum üzrə ibtidai təhsil bölməsində Köməkçi müəllim (Rus bölməsi) vəzifəsi üçün vakansiya mövcuddur.

İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İbtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  • Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (kurikulumları)” üzrə;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Təhsil sahəsində cari qlobal çağırış və təşəbbüslər haqqında;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və Rus dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Məntiqi təffəkkür;
  • Yaradıcılıq;
  • Səbirlilik.

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və şagirdləri ilə refleksiya apara bilmə.

Əsas vəzifə öhdəlikləri:

Köməkçi müəllim kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası sinfinə girdiyi ibtidai sinif müəlliminin birbaşa rəhbərliyi və bələdçiliyi ilə şagirdlərin “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin missiya*, əsas dəyərləri və şagird profili ilə müəyyənləşdirilən xüsusiyyətlərə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə İbtidai sinif müəllimlərinə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, dərsin məzmununu və öyrətmə yollarının planlaşdırılmasında və buna uyğun olaraq dərsin tədris edilməsində; şagirdlərin hərtərəfli inkişafına töhfə verilməsində; təhsil və təlim çərçivəsində planlaşdırılan digər işlərdə; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaqda köməklik göstərməkdir. Bundan əlavə şagirdlərin yemək, dərnək fəaliyyətləri kimi sinifdənkənar lazım olan yerlərdə olduqları zaman onlara nəzarət etmək, şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək, özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək, şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etmək də Köməkçi müəllimin əsas vəzifə funksiyaları arasındadır.

İş təcrübəsi:

İxtisas üzrə iş təcrübəsi tələb olunmur.

 

*“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” olaraq əsas missiyamız xoşbəxt və uğurlu şəxsiyyətlər yetişdirməkdir. Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.