VACANCIES

Tərbiyəçi müəllimi (ingilis)

 “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Məktəbəqədər Təhsil bölməsində (KİPİNA) 2022/2023 tədris ili üçün Tərbiyəçi müəllimi (ingilis) vəzifəsi üçün vakansiya mövcuddur.

İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisası üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  •  “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında;
  • Effektiv təlim strategiyaları;
  • Sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki;
  • İKT, MS Office və müasir təlim texnologiyaları;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (C1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Koçluq, yetişdirmə və inkişaf etdirmə;
  • Məntiqi təffəkkür;
  • Planlaşdırma və təşkil etmə.

Tələb olunan bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Zamanın səmərəli idarəolunması;
  • Uşaq ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
  • Effektiv dərs planlaşdırma;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Özü və uşaqlar ilə refleksiya apara bilmə.

Əsas vəzifə öhdəlikləri:

Tərbiyəçi  müəllim (İngilis) kimi fəaliyyət göstərəcək şəxsin əsas funksiyası uşaqların “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin və eləcə də KİPİNA (Kipina Worldwide Licensing Limited) şirkətinin missiya*, əsas dəyərlərinə uyğun olaraq formalaşmasını həyata keçirmək məqsədi ilə şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, uşaqların 6 təməl istiqamət üzrə koqnitiv, sosial, fərdi, fiziki və emosional inkişafını planlaşdırmaq, rəhbərlik etmək, istiqamətləndirmək və motivləşdirmək, onların dil, savadlılıq və riyazi bacarıqlarını inkişaf etdirmək, həmçinin “Kipinä” kurikulumunda qeyd edilən xüsusi təlim məqsədlərinə nail olmalarına kömək etmək, şagirdlərin valideynləri (və ya qəyyumları) və bağça arasında vasitəçi kimi çıxış etmək, hər bir şagirdin nəaliyyətlərini  ilə bağlı gündəlik qeydlər aparmaq; “həftəlik dərs planları”nı hazırlamaq; müəyyən edilmiş məzmun və fəaliyyət planına uyğun olaraq müxtəlif mənbələrdən istifadə edərək lazımi hazırlıqları görmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; dərs zamanı verilən məlumatları möhkəmləndirmək üçün fəaliyyətlər həyata keçirmək; sinifdaxili və sinifdənkənar fəaliyyətlərdə uşaqlara nəzarəti həyata keçirmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə münasibətlər saxlamaq.

İş təcrübəsi:

İxtisas üzrə ən azı 2 il iş təcrübəsi.

 

*“XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” olaraq əsas missiyamız xoşbəxt və uğurlu şəxsiyyətlər yetişdirməkdir. Biz uşaqların öyrəndiklərindən zövq almalarını, potensiallarından tam və səmərəli istifadə etmələrini, ömür boyu öyrənən liderlər kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Buna görə də uşaqların səmərəli öyrənməsi üçün onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alan, onlara dəyər verən, müsbət, təhlükəsiz, iştirakçı, interaktiv, təşviq edici və eyni zamanda olduqca tələbkar mühit yaradırıq.